"Qarabağ"la 5 dəfə Azərbaycan çempionu oldu, milli ilə vidalaşdı

"Qarabağ"la 5 dəfə Azərbaycan çempionu oldu, milli ilə vidalaşdı

2013-2018-ci illərdə "Qarabağ"ın qapıçısı olmuş İbrahim Şehiç milli karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, 35 yaşlı qolkiper Bosniya və Herseqovina yığması ilə vidalaşıb.

Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən təcrübəli əlcək sahibi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Əl Xalic"in üzvü 14 ildən sonra milli karyerasına nöqtə qoyub.

O, 2010-cu ildən dəvət aldığı yığmada 55 oyun keçirib.

Şehiç Azərbaycanda Ağdam təmsilçisi ilə ardıcıl 5 dəfə Azərbaycan çempionu olub.