"Qarabağ" “Ayaks”, “Başakşəhər”, “Ayntraxt” və “Portu”ya qarşı
Aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək “Qarabağ”ın U-12 komandasının rəqibləri müəyyənləşib.
mediasport.az xəbər verir ki, Elşad Xudadatovun baş məşqçisi olduğu komanda “Ayaks” (Niderland), “Başakşəhər” (Türkiyə), “Bursaspor” (Türkiyə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Manisa” (Türkiyə) və “Altınordu” (Türkiyə) klubları ilə birlikdə E qrupunda qərarlaşıb.
77 komandanın mübarizə aparacağı yarışda "Neftçi", "Qalatasaray" və "Fənərbağça", həmçinin dünya nəhənglərindən PSJ (Fransa), "Bavariya" (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi güclü klublar da yarışacaq.