"Qarabağ"la "Neftçi" Avropa nəhəngləri ilə eyni yarışa qatılacaq
6-9 aprel tarixlərində Türkiyədə "Altınordu" klubunun təşkilatçılığı ilə uşaqlar arasında ənənəvi “İzmir Cup” turniri keçiriləcək.
mediasport.az xəbər verir ki, müxtəlif ölkələrdən qatılması planlaşdırılan 72 klub arasında Azərbaycandan “Qarabağ” və “Neftçi”nin U-12 komandalarının iştirakı dəqiqləşib.
İştirakı dəqiqləşən 66 kollektiv arasında “Yuventus”, PSJ, “Bavariya”, “Mançester Siti” və “Çelsi” kimi nəhənglərin komandaları, eyni zamanda “Fənərbağça”, “Qalatasaray” və “Beşiktaş” çıxış edəcək.