"Sabah"ın Konfrans Liqası oyununa satılmış biletlərin sayı açıqlanıb

"Sabah"ın Konfrans Liqası oyununa satılmış biletlərin sayı açıqlanıb

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmaya 4500 bilet satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək.

Görüşün start fiti saat 20:00-da səsləndiriləcək.

Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.