Samir Abasov "Neftçi"də - RƏSMİ

Samir Abasov "Neftçi"də - RƏSMİ

Samir Abasov "Neftçi"nin baş məşqçisi təyin edilib.

Mediasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat verilib.

Onunla 2 illik müqavilə bağlanıb.

Abasov bu postda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən ukraynalı həmkarı Roman Qriqorçuku əvəzləyib.