36 yaşlı mütəxəssis millimizin futbolçusunun baş məşqçisi oldu
Niderlandın İkinci Liqasında mübarizə aparan "Eyndhoven" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
MediaSport.az xəbər verir ki, komandanı Villems Veys çalışdıracaq.
36 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Eyndhoven təmsilçisinin aparıcı futbolçularından biri - Ozan Can Kökçü Azərbaycan yığmasının üzvüdür. Kollektiv geridə qalan mövsüm Erediviziyaya vəsiqə qazanmağa yaxın olsa da, pley-off görüşlərində məğlub oldu.