Diniyevin 200-cü oyunu
“Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasının son turunda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etməklə çempionatdakı yerini qoruyub.
mediasport.az xəbər verir ki, liqanı 9-cu pillədə başa vuran Bayıl klubunun bu görüşü baş məşqçi Şahin Diniyev üçün əlamətdar olub.
57 yaşlı mütəxəssis Premyer Liqada 200-cü oyununu keçirib.
O, 2001/2002-ci illər mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib. Sonradan “Rəvan” və “Kəpəz”i də çalışdıran mütəxəssis yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci məşqçidir.
Diniyevin komandaları bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.