Hakimi vurmaq istəyən Cavid Hüseynov 6 oyunluq cəzalandırıldı
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Şamaxı" – "Turan Tovuz" arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Cəlal Hüseynovun ikinci sarı vərəqədən sonra aldığı qırmızı vərəqə isə kluba 200 manata başa gəlib. Futbolçunun özünə isə bir oyunluq cəza verilib.
Matç başa çatdıqdan sonra "Şamaxı"nın məşqçisi Cavid Hüseynovun birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə o, kubok oyunlarından 6 oyun kənarlaşdırılıb, klub isə 4800 manat cərimə olunub.