Nərmin Abdinova dünya çempionatında vahid lider olub
Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 4-cü turda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova ağ fiqurlarla qazaxıstanlı Liya Kurmanqaliyevaya qalib gəlib.
Səbinə Rzalı qara fiqurlarla hindistanlı Şanmati Srini məğlub edib, ağ fiqurlarla oynayan Ayan Allahverdiyeva isə ermənistanlı Məryəm Mkrtçyanla "sülh" bağlayıb.
Bu nəticələrdən sonra N.Abdinova maksimum nəticə ilə vahid lider olub.
Aktivində 3,5 xal olan A.Allahverdiyeva 2-10-cu, S.Rzalı 2,5 xalla 24-38-ci yerləri bölüşdürür.
Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir.
11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.