17 yaşlı Qukeş şahmat tarixinə ən gənc çempion kimi düşə bilər
Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, 14 turdan sonra 9 xal toplayan Dommaracu Qukeş birinci yeri tutub.
17 yaşlı hindistanlı zəka sahibi dünya çempionu titulu uğrunda mübarizə aparacaq.
Dünya tarixinə düşməyə yaxın olan qrossmeyster həlledici görüşdə şahmat tacının sahibi Din Lirenlə (Çin) qarşılaşacaq.
Yarışda Azərbaycan təmsilçisi Nicat Abasov da mübarizə aparıb, təmsilçimiz 3,5 xalla sonuncu - 8-ci yeri tutub.
Qeyd edək ki, kişilər arasında şahmat üzrə ən gənc dünya çempionu Harri Kasparov 1984-cü ildə İddiaçılar Turnirinin qalibi olduqdan 1 il sonra - 21 yaşında bu titula yiyələnib.