Azərbaycanın dünya çempionu: "Bu, mənim ən böyük uğurum idi

Azərbaycanın dünya çempionu: "Bu, mənim ən böyük uğurum idi

İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

Mediasport.az xəbər verir ki, idmançımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında şahmat federasiyasının nümayəndələri, ailə üzvləri və jurnalistlər qarşılayıblar.

18 yaşlı zəka sahibi yarışla bağlı təəssüratlarını bölüşüb.

“Rəqiblərim çox güclü idi, yarış gərgin keçdi. Ötən il dünya çempionatında ikinci olmuşdum. Bu dəfə məqsədimə çatdım. Bəzi səhvlərimi düzəldə bildim. Təcrübə də çox kömək etdi. Şükür Allaha, hər şey yaxşı oldu. 11 oyunun 8-də qələbə qazandım, 3 dəfə heç-heçə etdim. Bu, mənim ən böyük uğurum idi".

Qeyd edək ki, Ayan Allahverdiyeva bunadək 3 dəfə Avropa çempionu olmuşdu.

Dünya çempionatında 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edib.