DÇ-2022: VİDEO - 1 xala sevinən Almaniya yenə qrupda qalacaq?
DÇ-2018-də qrupdan çıxa bilməyən Almaniya millisi növbəti mundialda da analoji uğursuzluğu yaşaya bilər.
mediasport.az xəbər verir ki, "Dünya Kuboku-2022"yə gözlənilməz Yaponiya məğlubiyyəti ilə başlayan Bundestim ikinci turda İspaniyadan 1 xalı son anda aldı - 1:1.
Aktivindəki 1 xalla qrupdan çıxmaq ümidini son tura saxlayan Hans-Diter Flikin komandası son turda Kosta Rika üzərində mütləq mümkün qədər böyükhesablı qələbə qazanmalı, eyni zamanda paralel oynanılacaq görüşdə Yaponiyanın İspaniyaya uduzacağını gözləməli olacaq. Asiyalılar ispanlarla heç-heçə oynasalar və Almaniya Kosta Rikaya qol buraxmadan azı 8 top vurmasa, qrupda İspaniya ilə Yaponiya milliləri çıxacaqlar. Bir sözlə, almanların pley-off taleyi heç də tam özlərindən asılı deyil.