Peşəkar Futbol Liqası Kamran Quliyevi mükafatlandırdı

Peşəkar Futbol Liqası Kamran Quliyevi mükafatlandırdı

Peşəkar Futbol Liqasının (PFL) “Ayın qolu” layihəsi çərçivəsində avqust ayının qalibi mükafatlandırılıb.

Mediasport.az xəbər verir ki, qalib adını qazanmış "Sumqayıt"ın futbolçusu Kamran Quliyev mükafatını “Zirə” ilə görüşdən əvvəl alıb.

Ona mükafatları qurumun Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.