Emindən vidasayaq PAYLAŞIM
"Neftçi"də kapitanlığı əlindən alınan Emin Mahmudov məsələ ilə bağlı fikrini paylaşıb.
Mediasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb:
"Bildiyiniz kimi, mən artıq "Neftçi"nin kapitanı deyiləm. 6 il ərzində "Neftçi"in kapitanı olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman böyük dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm".
Qeyd edək ki, baş məşqçi Roman Qriqorçuk "Qarabağ"a 0:4 hesablı məğlubiyyətdən sonra komandada yeni kapitanların Ramil Şeydayev, Yuri Matias və Robert Bauer olduğunu açıqlayıb.