"Şamaxı"da daha 2 ayrılıq - RƏSMİ
"Şamaxı" daha iki futbolçu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, bölgə klubu mövsümün əvvəlində icarəyə götürdüyü müdafiəçilər Süleyman Damadayev və Elçin Qasımovu yola salıb.
Hər iki futbolçu məxsus olduğu klublara geri dönüb.
Premyer Liqada çıxış edəcək şamaxılılar daha əvvəl müqaviləsi başa çatan qapıçı Əkpər Vəliyevlə də vidalaşıblar.