Azərbaycandan ayrılan müdafiəçi Portuqaliya klubunda çıxış edəcək
Ötən mövsümü "Səbail"də keçirmiş Qustavo de França özünə yeni komanda tapıb.
Mediasport.az xəbər verir ki, 27 yaşlı braziliyalı karyerasını yenidən Portuqaliyada davam etdirəcək.
"Sambaçı" aşağı liqa təmsilçisi "Vilaverdense" ilə anlaşıb. Müdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
De França Bayıl klubuna Portuqaliyanın "Leyşoeş" klubundan gəlmişdi.