Tovuzda 11 qol, "Qarabağ" uduzdu, "Neftçi"dən darmadağın - DİVİZİON
Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura yekun vurulub.
mediasport.az xəbər verir ki, turun ikinci oyun günündə bir-birindən maraqlı 4 matç keçirilib.
"Turan Tovuz-2" ilə lider "Araz Naxçıvan"ın duelində qapılara nə az, nə çox - düz 11 qol vurulub. Liderin ən yaxın izləyicisi "Neftçi-2" isə səfərdə "İmişli"ni darmadağın edib.
Birinci Divizion. 22-ci tur
“Turan Tovuz-2” – “Araz Naxçıvan” 5:6
Qollar: Akif Tağıyev, 7. Elvin İsmayılov, 20. Həzrət İsayev, 29. Elçin Qasımov, 68. Abbas Ağazadə, 71 - Orxan Əliyev, 11, 88. Bayraməli Qurbanov, 13, 62. Səbayıl Bağırov, 30. Fəhmin Muradbəyli, 75.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Orxan İbişov, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 14:00
“Kəpəz-2” – “Qaradağ Lökbatan” 0:1
Qol: Rəvan Abasov, 62.
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Namiq Bəkirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00
“İmişli” – “Neftçi-2” 0:5
Qollar: Elşad Tağıyev, 12, 21, 42. Seymur Əliyev, 60, 65.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Sənan Atayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Saatlı OİK stadionu, 15:00
“Qarabağ-2” – “Zaqatala” 1:2
Qollar: Əli Abdullayev, 73-öz qapısına - Bəhruz Teymurov, 9, 76.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu, 15:00
BOMBARDİRLƏR:
Orxan Əliyev ("Araz Naxçıvan") - 21 qol
İlham Allahverdiyev (MOİK) - 15 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 12 qol