"Sabah"da 2-ci ayrılıq - RƏSMİ
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sabah"da ikinci ayrılıq reallaşıb.
Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi Kristian Sebalyosla vidalaşıb.
32 yaşlı ispaniyalı ilə başa çatan müqavilə yenilənməyib.
Yarımmüdafiəçi 2021-ci ildən "bayquşlar"ın formasını geyinirdi.
Xatırladaq ki, komanda daha əvvəl hücumçu Davit Volkovu da yola salıb.