"Hər xal bizimçün vacibdir

"Hər xal bizimçün vacibdir

"Turan Tovuz" Premyer Liqanın 3-cü turu çərçivəsində Gəncədə "Kəpəz"in qonağı olub.

mediasport.az xəbər verir ki, Tovuz təmsilçisi qərb derbisini qalib başa vurub.

Baş məşqçi Ayxan Abbasov "Kəpəz"lə oyundan haqqında düşüncələrini bölüşüb:

"Qərb derbisi həmişə maraqlı və gərgin keçir. Bu gün də eyni oldu. Hava şəraiti hər iki komanda üçün ağır oldu. İlk dəqiqələrdən rəqibin təzyiqinin olacağını bilirdik. Bəzi epizodlar da oldu. Futbolçularım soyuqqanlı davrandılar. Həftə boyu çalışdığımız və hazırlaşdığımızı həyata keçirməyə çalışdılar. Çempionatın gedişi də göstərəcək ki, "Kəpəz"i Gəncədə məğlub etmək çox çətin olacaq. Onlara da uğurlar arzulayıram. Azər müəllim çox çətin bir işi üzərinə götürüb. Yolumuza davam edirik. Hər xal bizim üçün vacibdir. Komandamı təbrik edirəm. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Həqiqətən bu gün oyuna rəng qatdılar".