"Səbail"dən 2-ci transfer - RƏSMİ

"Səbail"dən 2-ci transfer - RƏSMİ

Gələn mövsümün hazırlıqlarını davam etdirən "Səbail"də ikinci keçid baş tutub.

mediasport.az xəbər verir ki, Bayıl klubu "Sumqayıt"dan ayrılan Süleyman Əhmədovla müqavilə bağlayıb.

23 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümün sonuna qədər "dənizçilər"in formasını geyinəcək.

Şahin Diniyevin komandası "Kəpəz"lə vidalaşan müdafiəçi Yusif Nəbiyevi də heyətinə qatıb.