Millimiz ərəblərə qalib gəldi
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
MediaSport.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı ilk oyun 3:1 hesabı ilə yığmamızın xeyrinə nəticələnib.
Komandamızın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyunlar sabah və iyulun 28-nə təyin edilib.