"Formula 1" Azərbaycan Qran-prisi: Yarış günlərinin proqramı açıqlandı
Bakıda keçiriləcək "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb.
Mediasport.az xəbər verir ki, yarışlar 3 günü əhatə edəcək.
Öncə ikinci dərəcəli pilotlar mübarizəyə qoşulacaqlar.
13 sentyabr
11:00 "Formula 2": Sərbəst yürüş
13:30 "Formula 1": Birinci sərbəst yürüş
15:00 "Formula 2": Sıralama turu
17:00 "Formula 1": İkinci sərbəst yürüş
14 sentyabr
12:30 "Formula 1": Üçüncü sərbəst yürüş
14:15 "Formula 2": Sprint yarışı
16:00 "Formula 1": Sıralama turu
15 sentyabr
11:35 "Formula 2": Əsas yarış
15:00 "Formula 1": Əsas yarış