Karlos Sayns Maks Ferstappenin rekord qələbə seriyasını qırıb

Karlos Sayns Maks Ferstappenin rekord qələbə seriyasını qırıb

Formula 1 üzrə dünya çempionatının 15-ci mərhələsinin - Sinqapur Qran-Prisinin qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, “Ferrari” komandasının ispan pilotu Karlos Sayns finişə hamıdan tez çatıb.

O, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappenin Qran-Pridə 10 qələbəlik rekord seriyasını qırıb.

Britaniyalı pilot Lando Norris ikinci, onun həmyerlisi Lyuis Həmilton üçüncü yeri tutub.