Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək

"Formula 1" rəhbərliyi 2023-cü ildə Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışının keçiriləcəyini təsdiqləyib.

mediasport.az xəbər verir ki, bu barədə yarışın rəsmi tviter hesabı məlumat yayıb.

Bakıdan başqa Avstraliya, Belçika, Braziliya, ABŞ və Qətərdə də sprint yarışlarının baş tutacağı bildirilib. Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək.