Formula 1 üzrə Bakı Qran Prisinə 1500 könüllü cəlb olunacaq
2023-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib.
mediasport.az xəbər verir ki, yarışın təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunması planlaşdırılır.
Proqrama seçilmək istəyən 16 yaşdan yuxarı namizədlərin xarici dil biliyi arzu olunandır. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir şəxs insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.
Könüllü olmaq istəyənlər //volunteers.bakucitycircuit.com linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 2023-cü ildə Azərbaycan Qran Prisi 28 - 30 apreldə gerçəkləşəcək.