Santoşla heç-heçə edən Nicat Abasov Rameşbabuya qarşı

Santoşla heç-heçə edən Nicat Abasov Rameşbabuya qarşı

Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri davam edir.

Mediasport.az xəbər verir ki, yarışda 13-cü turun görüşləri baş tutub.

Azərbaycan təmsilçisi Nicat Abasov hindistanlı Vidit Santoşla qarşılaşıb.

Ağ fiqurlarla oynayan Nicat "sülh"ə razılaşıb.

Təmsilçimiz 14-cü tur çərçivəsində bu axşam digər hindistanlı Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

Duel Bakı vaxtilə saat 22:30-da başlanacaq.

Tərəflər arasında keçirilən ilk görüşdə Nicat Abasov məğlub olub - 0:1.

28 yaşlı qrossmeysterimiz 3,5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Turnir aprelin 22-də yekunlaşacaq.

8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ qazanacaq.