Kişi millimiz Moldovaya qalib gəldi, qadınlar Argentina ilə "sülh" bağladı - Ümumdünya Şahmat Olimpiadası

 Kişi millimiz Moldovaya qalib gəldi, qadınlar Argentina ilə "sülh" bağladı - Ümumdünya Şahmat Olimpiadası

Macarıstanın paytaxtı Budapeştdə Ümumdünya Şahmat Olimpiadasında 3-cü turun görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət milli komandası bu dəfə Moldova seçməsindən üstün olub - 3:1.

Aydın Süleymanlı – İvan Şitko 1:0

Nicat Abasov – Andrey Makovey 0,5:0,5

Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0

Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5

Millimiz bu qələbə ilə xallarının sayını 6-ya çatdırıb.

Xatırladaq ki, yığmamız daha əvvəl İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib.

Qadınlardan ibarət milli komandamız isə 3-cü turu heç-heçə ilə başa vurub. Xanım şahmatçılarımız Argentina ilə "sülh" bağlayıblar - 2:2.

Günay Məmmədzadə – Kandela Fransisko 0,5:0,5

Ülviyyə Fətəliyeva – Maria Xose Kampos 0:1

Xanım Balacayeva – Anapola Borda 0,5:0,5

Gülnar Məmmədova – Klaudia Amura 1:0

Bu nəticədən sonra komandamızın xallarının sayı 5-ə çatıb.

Yığmamız ilk iki turda Nikaraqua (4:0) və Avstraliyaya (3:1) qalib gəlib.