İddiaçılar Turnirinin püşkü atılıb: Abbasovun rəqibləri müəyyənləşib

İddiaçılar Turnirinin püşkü atılıb: Abbasovun rəqibləri müəyyənləşib

Aprelin 2-də Kanadanın Toronto şəhərində start götürəcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, nüfuzlu turnirdə ölkəmizi təmsil edəcək Nicat Abbasovun da rəqibləri müəyyənləşib.

Şahmatçımız ilk turda rusiyalı Yan Nepomnyaşi, ikinci-üçüncü turlarda ABŞ təmsilçiləri, müvafiq olaraq Fabiano Karuana və Hikaru Nakamura ilə qarşılaşacaq.

28 yaşlı qrossmeysterimiz dördüncü turda fransalı Əlirza Firuzca, beşinci-altincı-yeddinci turlarda hindistanlılar - Dommaracu Qukeş, Rameşbabu Praqnananda və Santoş Viditlə münasibətlərini aydınlaşdıracaq.

Təmsilçimiz 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.

Yarış aprelin 25-də yekunlaşacaq.