Serbiya yığması Bakıdakı Dünya Kubokuna gələsi olmadı - SƏBƏB?

Serbiya yığması Bakıdakı Dünya Kubokuna gələsi olmadı - SƏBƏB?

Bakıda ilk dəfə təşkil olunacaq yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

mediasport.az xəbər verir ki, Serbiya yığması yarışda iştirak edə bilməyəcək.

Bu komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlanıb. Dünya Kubokunda 5 komanda - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və dünya yığması iştirak edəcək. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və dünya yığmasına texniki qələbə veriləcək.

Dünya Kuboku 4-6 noyabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək.