Serbiyada Avropa çempionu olan yığmamız Azərbaycana qayıdıb

  Serbiyada Avropa çempionu olan yığmamız Azərbaycana qayıdıb

Serbiyada keçirilən U-17 Avropa çempionatında uğur qazanan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb.

Mediasport.az xəbər verir ki, güləşçiləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıblar.

Novi Sad şəhərində keçirilmiş yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan sərbəst güləş yığması yekunda 160 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.