Şeydayevdən Tailandda növbəti məhsuldar ötürmə - VİDEO

Şeydayevdən Tailandda növbəti məhsuldar ötürmə - VİDEO

Tailand çempionatında 5-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə “Polis Tero”nu məğlub edib - 2:1.

Şeydayev meydana start heyətində çıxıb və 58-ci dəqiqədə cari mövsüm üçüncü məhsuldar ötürmə ilə yadda qalıb. O, 82-ci dəqiqədə əvəzlənib.

“Buriram Yunayted” 13 xalla Superliqanın lideridir.