Millimiz İrlandiyaya məğlub oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İrlandiya yığmasına məğlub olub (4:0).
U-19 seçmə mərhələnin ilk oyununda İslandiyaya 0:2 hesabı ilə uduzmuşdu.
Turun digər matçında İslandiya ilə Moldova qarşılaşacaq.
Avropa çempionatının seçmə mərhələsi
İrlandiya (U-19) - Azərbaycan (U-19) 4:0
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)
Dördüncü hakim: İgor Bosça (Moldova)
"Zimbru-2" stadionu. Kişinyov, Moldova.