AVRO-2025: Yığmamızın oyununu moldovalı hakim idarə edəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Lüksemburq seçməsi ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, “Azərsun Arena”da baş tutacaq matçı moldovalı Dumitri Muntean idarə edəcək.
Denis Oala və Sergey Boqdan köməkçi hakim, İqor Bosca isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.
Oktyabrın 17-də keçiriləcək görüş saat 18:00-da başlanacaq.