AVRO-2025: Azərbaycan millisi Türkiyə yığmasına qalib gəldi

AVRO-2025: Azərbaycan millisi Türkiyə yığmasına qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, B Liqasının İ qrupunda yer alan millimiz dördüncü matçında Türkiyə yığması ilə qarşılaşıb.

“Dalğa Arena"da təşkil olunan görüş komandamızın əzmkar qələbəsilə yekunlaşıb.

3 gün əvvəl Ərzincanda rəqibinə yenilən Siyasət Əsgərovun komandası eyni hesabla revanş alıb.

Yığmamız qrupda daha əvvəl Macarıstanla səfərdə heç-heçə (1:1) edib, Bakıda lider İsveçrəyə uduzub (0:4).


AVRO-2025. B Liqası. İ qrupu. 4-cü tur


19:00 Azərbaycan - Türkiyə 1:0

Qol: Nigar Mirzəliyeva, 89.

Baş hakim: Nanna Löf Andersen

Baş hakimin köməkçiləri: Sidsel Rasmussen, Anna Kyaer Şmidt

Dördüncü hakim: Frida Klarlund (hakimlər briqadası Danimarka)

"Dalğa Arena"