AÇ-2024: Milli komandamız Xorvatiyada Lüksemburqa qarşı

AÇ-2024: Milli komandamız Xorvatiyada Lüksemburqa qarşı

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, komandamız Xorvatiyada baş tutacaq yarışda ilk olaraq Lüksemburq seçməsi ilə qarşılaşacaq.

Digər rəqiblərimiz meydan sahibləri və Malta yığması olacaqlar.

AÇ-nin final mərhələsi 2024-cü ildə İsveçdə keçiriləcək.


U-17 qadınlar. Avropa çempionatı. Seçmə mərhələ. 1-ci tur


2 oktyabr

17:30. Azərbaycan – Lüksemburq

Baş hakim: Eirini Pingiou (Yunanıstan)

Baş hakimin köməkçiləri: Vasilia Tsiklitari (Yunanıstan), Maja Brozoviç (Xorvatiya)

Dördüncü hakim: Karla Şegota (Xorvatiya)

Zaqreb. “NK Luçko” stadionu


5 oktyabr

14:00. Xorvatiya - Azərbaycan

Baş hakim: Jana Van Laere (Belçika)

Baş hakimin köməkçiləri: Melissa Lejear (Belçika), Ana Ciobotaru (Moldova)

Dördüncü hakim: Elena Gobjila (Moldova)

Karlovaç. “Branko Kaçloviç Çavlek”


8 oktyabr

14:00. Malta – Azərbaycan

Baş hakim: Elena Gobjila (Moldova)

Baş hakimin köməkçiləri: Ana Ciobotaru (Moldova), Maja Brozoviç (Xorvatiya)

Dördüncü hakim: Karla Şegota (Xorvatiya)

Zaqreb. “NK Luçko” stadionu