25 futbolçu oyunları qumara qoyub, prokurorluq əməliyyata başladı
Niderland futbolunda böyük qalmaqal yaşanır.
mediasport.az xəbər verir ki, 1-ci və 2-ci liqalardan ümumilikdə 25 peşəkar futbolçu oyun alqı-satqısında ittiham olunur.
Niderland Futbol Federasiyasının (KNVB) təstiq etdiyi fakta əsasən, istintaq sirri olduğu üçün adları gizli saxlanılan oyunçular öz komandalarının görüşlərinə külli miqdarda pul qoyuluşu ediblər. Prokurorluq dərhal araşdırmalara başlayıb, istintaq tədbirləri davam etdirilir.