Qurban Qurbanov haqqında film kinoteatrlarda nümayiş etdiriləcək

 Qurban Qurbanov haqqında film kinoteatrlarda nümayiş etdiriləcək

Sentyabrın 7-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan film çəkilidiyini xəbər vermişdik (https://mediasport.az/qurban-qurbanov-haqqinda-tammetrajli-film-cekilir).

Gənclər və İdman Nazirliyi çəkilişləri başa çatan film barədə məlumat yayıb.

Bildirilib ki, “Stadionlar səssiz olanda” adlı ekran əsəri noyabrın 30-dan etibarən kinoteatrlarda nümayiş olunacaq.

Nazirliyin dəstəyi ilə istehsal edilən filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.