Rəşad Sadıqov prezident seçkilərində iştirak edib
“Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov prezident seçkilərində səsvermədə iştirak edib.
Mediasport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 12 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.