SON DƏQİQƏ! "Qəbələ"nin legioneri komandada qalmadı - RƏSMİ
“Qəbələ” futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.
mediasport.az saytının klubdan əldə etdiyi məlumata görə, 2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçu ilə başa çatan müqavilə yenilənməyib. "Sambaçı" daha yaxşı təkliflər olduğunu bildirərək karyerasını başqa klubda davam etdirəcəyini deyib.
Braziliyalı legioner ötən mövsüm “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqada 32 matçda 8, Azərbaycan Kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb.