"Sabah"da şans qazanmayan gənc forvard icarəyə verilməsini istədi
U-21 yığma komandamız və "Sabah"ın futbolçusu Camal Cəfərov yeni mövsümə başqa klubda başlaya bilər.
mediasport.az saytına klubdan daxil olan məlumata görə, Mahaçqala "Anji"sinin yetirməsi əsas komandada şans görmədiyi üçün Masazır təmsilçisindən ayrılmaq istəyir.
2021-ci ildə "Sabah"ın heyətinə qatdığı futbolçunun baş məşqçi Murad Musayevlə danışdığı və onu icarəyə verməyi xahiş etdiyi bildirilir. Rusiyalı çalışdırıcı Cəfərovun müraciətinə isti yanaşmasa da, deyib ki, əgər daimi əsas heyətdə oynaya biləcəyi klub olsa, buraxacaq.
Özünə uyğun klub axtarışına başlayan hücumçunun Rusiyaya qayıda biləcəyi də istisna edilmir.
Camal 2002-ci ildə məhz qonşu ölkədə dünyaya gəlib və Azərbaycana qədər burada yaşayıb, "Anji"nin əvəzedici komandasında çıxış edib. 2021-ci ildə "Şamaxı" (onda "Keşlə"-red.) ilə Premyer Liqanın səfər oyununda (0:0) əsas komandada debüt edib.
O, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 7 oyun keçirib.