"Difai"dən mövsümdə ilk qələbə, "Qaradağ Lökbatan" yenə uduzdu

"Difai"dən mövsümdə ilk qələbə, "Qaradağ Lökbatan" yenə uduzdu

Azərbaycan 1-ci Liqasında 6-cı turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

"Qaradağ Lökbatan" ardıcıl 6-cı dəfə məğlub olub, "Difai" isə liderlər qrupunda qərarlaşmış "Zaqatala"ya qalib gələrək mövsümdə ilk qələbəsini rəsmiləşdirib.

Turun əvvəlki matçlarında "Cəbrayıl" "Mingəçevir"i (3:0), "Karvan" MOİK-i (3:2) məğlub edib.

6-cı həftəyə sabah "Qəbələ" - "İmişli" oyunu ilə yekun vurulacaq.

Azərbaycan 1-ci Liqası. 6-cı tur

25 oktyabr

"Qaradağ Lökbatan" - "Baku Sportinq" 2:3

Baş hakim: Əli Əliyev.

Yan xətt hakimləri: Kamran Bayramov, Gülnurə Əkbərzadə.

Ehtiyat hakim: Rəsul Babayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Lökbatan OİK stadionu.

"Difai" - "Zaqatala" 3:1

Baş hakim: Rəvan Həmzəzadə.

Yan xətt hakimləri: Asiman Əzizli, Samir Qaracayev.

Ehtiyat hakim: Nazim Abdullayev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Şamaxı OİK stadionu.