SON DƏQİQƏ! "Sabah"ın futbolçusu "Qarabağ"a keçməyə razılıq verdi

 SON DƏQİQƏ! "Sabah"ın futbolçusu "Qarabağ"a keçməyə razılıq verdi

"Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev qışda Masazır klubundan ayrıla bilər.

Mediasport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçu karyerasını "Qarabağ"da davam etdirmək fikrinə müsbət yanaşıb.

Menecerinin təklifi ilə razılaşan milliləşdirilmiş rusiyalı Ağdam klubunda icarə əsasında çıxış etməyə razılıq verib. O, avrokuboklarda oynamaq və daha böyük uğurlar qazanmaq istəyini ön plana çəkib.

Bugünlərdə mətbuatda "köhlən atlar"ın yarımmüdafiəçi üçün "Sabah"a 500 min dollar ödəməyə hazır olduğu yazılmışdı.

Bir neçə gün öncə məsələyə münasibət bildirən ağdamlıların baş məşqçisi Qurban Qurbanov transferin mümkünlüyü haqda bunları demişdi:

"Yerlilərdən çox futbolçuya maraq var. Bəzən elə anlar var ki, biz nə oyunçuya təklif edə bilərik, nə də rəhbərliyə. Çünki hamı yerli, yaxşı oyunçuya  ehtiyac duyur. Amma Aleksey bizə təklif edilsə, yox demərəm".

Qeyd edək ki, 2020-ci ildən Masazır klubunda forma geyinən İsayevin "bayquşlarla" müqaviləsi 2025-ci ilin may ayına qədərdir.