"Sumqayıt"a ciddi XƏBƏRDARLIQ

"Sumqayıt"a ciddi XƏBƏRDARLIQ

"Sumqayıt" UEFA tərəfindən cərimələnib.

Mediasport.az xəbər verir ki, buna səbəb "gənclik şəhəri" təmsilçisinin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında evdə "Fehervar"a (Macarıstan) uduzduğu görüşdə meydana yad əşyaların atılması olub.

Sumqayıt klubu buna görə 5250 avro cərimə edilib. Eyni zamanda, həmin qarşılaşmada təmsilçimizin beş futbolçusu sarı vərəqə gördüyü üçün kollektivə xəbərdarlıq da edilib.

Xatırladaq ki, matç "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı. Cavab matçında 0:0 hesabı qeydə alınıb və Samir Abbasovun komandası cari mövsüm avrokuboklarla vidalaşıb.