"Sumqayıt"ın 3 legioneri ölkələrinin yığma komandalarına çağırılıb
“Sumqayıt”ın üç futbolçusu öz ölkələrinin milli komandalarına dəvət alıb.
Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi İsa Suliman DÇ-2026-nın Asiya zonası üzrə 2-ci təsnifat mərhələsi çərçivəsində 21 və 26 mart tarixlərində İordaniya ilə qarşılaşacaq Pakistan millisinə çağırılıb.
Hücumçu Kasimir Ninqa Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində 22 və 26 mart tarixlərində müvafiq olaraq evdə və səfərdə Mavritaniya ilə qarşılaşacaq Çad millisinə cəlb olunub.
Yarımmüdafiəçi Tresor Mossi isə 22 və 25 mart tarixlərində beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Madaqaskar və Botsvana ilə üz-üzə gələcək Burundi yığmasının heyətində yer alacaq.