"Qarabağ"ın rəqibləri növbəti oyunlarına çıxıblar - VİDEOLAR

"Qarabağ"ın rəqibləri növbəti oyunlarına çıxıblar - VİDEOLAR

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, "Tottenhem" İngiltərə Premyer Liqasının 4-cü turunda "Arsenal"a uduzub.

"Olimpik" (Lion) Fransa Liqa 1-in 4-cü turunda "Lans"la qolsuz heç-heçəyə razılaşıb.

"Malmö" futbol üzrə İsveç çempionatının 22-ci turunda AİK-lə "sülh" bağlayıb, "Elfsborq" isə "Halmstad"ı məğlub edib.

"Bude-Qlimt" Norveç çempionatının 22-ci turunda "HamKam"a heç bir şans verməyib.

"Olimpiakos" Yunanıstan Superliqasının 4-cü turunda "Panetolikos"la qarşılaşıb və meydandan 1 xalla ayrılıb.

FKSB-nin Rumıniya Superliqasının 9-cu turunun ÇFR-lə görüşündə məhsuldar heç-heçə qeydə alınıb.

Niderland Erediviziyasının 5-ci turunun "Ayaks" - "Utrext" qarşılaşması təxirə salınıb.

İngiltərə Premyer Liqası. 4-cü tur

"Tottenhem" - "Arsenal" 0:1


Fransa Liqa 1. 4-cü tur

"Lans" - "Olimpik" (Lion) 0:0


İsveç çempionatı. 22-ci tur

"Malmö" - AİK 0:0

"Halmstad" - "Elfsborq" 0:1


Norveç çempionatı. 22-ci tur

"Bude-Qlimt" - "HamKam" 3:0

Yunanıs Superliqası. 4-cü tur

"Olimpiakos" - "Panetolikos" 0:0

Rumıniya Superliqası. 9-cu tur

FKSB - "Styaua" 2:2