Sumqayıtda mövsümün rekordu
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Mediasport.az xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” - “Qarabağ” matçında baş verib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib.
Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.
Buna qədər rekord “Sumqayıt” - “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.
Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.