"Qarabağ"ın rəqibindən Türkiyəyə dəstək

"Qarabağ"ın rəqibindən Türkiyəyə dəstək

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olacaq “Gent” Türkiyəyə dəstək nümayiş etdirib.

mediasport.az xəbər verir ki, Belçika təmsilçisi ev oyunlarını keçirdiyi stadionu  - “Gelamko Arena”nı Türkiyə bayrağının rəngində işıqlandırıb.

Gent klubu sosial şəbəkələri vasitəsilə Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdə zərər çəkmiş şəxslərlə həmrəy olduğunu bildirib.