"Sumqayıt"ın daha bir rəqibi bilindi - Rusiya klubu ilə qarşılaşacaqlar

"Sumqayıt"ın daha bir rəqibi bilindi - Rusiya klubu ilə qarşılaşacaqlar

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək "Sumqayıt"ın yoxlama oyununda qarşılaşacağı rəqiblərdən daha biri müəyyənləşib.

mediasport.az xəbər verir ki, yanvarın 12-də Macarıstanın "Mezököveşd" klubu ilə qüvvəsini sınayacaq Samir Abasovun komandasının növbəti rəqibi Rusiya təmsilçisi olacaq.

Yanvarın 17-nə planlaşdırılan görüşdə "gənclik şəhəri" klubu Premyer Liqa təmsilçisi "Krılya Sovetov"la üz-üzə gələcək.