Tarixlərində 3-cü dəfə Libertadores Kubokunu qazandılar

Tarixlərində 3-cü dəfə Libertadores Kubokunu qazandılar

"Flamenqo" Libertadores Kubokunun qalibi olub.

mediasport.az xəbər verir ki, Braziliya təmsilçisi Ekvadorun Quayakil şəhərində baş tutan finalda həmyerliləri - “Atletiko Paranaense” futbolçularından üstün olub - 1:0.

Rio komandası, beləcə, tarixində üçüncü dəfə Libertadores Kubokunu qazanıb. Buna qədər 1981 və 2019-cu illərdə kuboka sahib olub.