Afrika Millətlər Kubokunun rəmzi komandası müəyyənləşib - "11-lik"
Futbol üzrə Afrika Millətlər Kubokunun rəmzi komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 4-3-3 taktiki sxeminə uyğun tərtib edilən heyətdə çempion komanda Kot-d İvuardan 3 futbolçu yer alıb.
Qapıçı: Ronven Uilyams (Cənubi Afrika Respublikası);
Müdafiəçilər: Villiam Troost-Ekonq, Ola Ayna (hər ikisi Nigeriya), Gisleyn Konan (Kot-d İvuar), Şansel Mbemba (Konqo DR);
Yarımmüdafiəçilər: Teboho Mokoena (Cənubi Afrika Respublikası), Jan Seri, Frank Kessye (hər ikisi Kot-d İvuar);
Hücumçular: Yoan Vissa (Konqo DR), Ademola Lukman (Nigeriya), Emilio Nsue (Ekvatorial Qvineya).